Beynəlxalq Tələbə Həyatı, Təhsil və Təcrübələr üzrə Bələdçiniz

Xaricdə təhsil alan tələbələrin real təcrübələrini, faydalı tövsiyələrini və ekspert məsləhətlərini kəşf edin. Həyatınızı, təhsil və karyera imkanlarını necə yönləndirəcəyinizi öyrənin.

Is It Easy to Adjust to University as an International Student? A Look at Life at the University of Essex

Xarici tələbə kimi universitet həyatına uyğunlaşmaq asandır? University of Essex tələbələrinin təcrübəsi

Xaricdə təhsil almaq qərarı həyəcanverici olsa da, bir çox tələbənin ağlında eyni suallar yaranır: Yeni mühitə uyğunlaşmaq çətin olacaqmı? Dost tapmaq asan olacaqmı? Özünü evdəki kimi hiss etmək mümkündürmü? University of Essex-də təhsil alan beynəlxalq tələbələr bu videoda ilk günlərindən danışaraq universitetə uyğunlaşma prosesinin gözlədiklərindən daha rahat keçdiyini bölüşürlər.

İlk gündən özünü rahat hiss etdiyin mühit

Tələbələrin sözlərinə görə, University of Essex-in ən böyük üstünlüklərindən biri mehriban və inklüziv atmosferidir. Kampusda dünyanın müxtəlif ölkələrindən gələn tələbələr təhsil aldığı üçün burada hər kəs özünü qəbul olunmuş hiss edir.

Onlar qeyd edirlər ki, universitetdə heç kim özünü tənha hiss etmir. Əksinə, fərqli mədəniyyətlərdən olan insanlarla tanış olmaq gündəlik tələbə həyatının bir hissəsinə çevrilir.

Evdən uzaqda olsan da, özünü evdəki kimi hiss etmək

Beynəlxalq tələbələr bildirirlər ki, kampusda müxtəlif ölkələrdən olan insanların çoxluğu uyğunlaşma prosesini xeyli asanlaşdırır. Hər kəs yeni həyata başlayır və yeni dostlar qazanmağa açıq olur. Kampus və ətrafında müxtəlif ölkələrin mətbəxini təqdim edən restoranların olması da tələbələrə öz ölkələrinin dadlarını tapmağa və ev həsrətini daha rahat keçirməyə kömək edir.

Tələbələrin ehtiyaclarını qarşılayan kampus

University of Essex kampus universitetidir və bu, tələbələrin gündəlik həyatını daha rahat edir.

  • Yaşayış yerləri, 

  • mağazalar,

  •  idman obyektləri, 

  • sosial məkanlar 

digər xidmətlər kampusun daxilində yerləşdiyi üçün tələbələr demək olar ki, hər ehtiyaclarını universitet ərazisini tərk etmədən qarşılaya bilirlər.

İlk həftə yeni dostluqların başlanğıcı olur

Bir çox tələbə üçün universitetin ilk günlərində təşkil olunan Freshers’ Week və tanışlıq tədbirləri uyğunlaşmada mühüm rol oynayıb. Bu tədbirlər sayəsində onlar həm öz ölkələrindən, həm də dünyanın müxtəlif yerlərindən gələn tələbələrlə tanış olub, qısa müddətdə yeni dost çevrəsi formalaşdırıblar. Tələbələrdən biri qeyd edir ki, cəmi bir həftə sonra kampus artıq ona yad görünmürdü.

Klublar və cəmiyyətlər universitet həyatının vacib hissəsidir

University of Essex-də fəaliyyət göstərən çoxsaylı tələbə cəmiyyətləri yeni insanlarla tanış olmaq üçün geniş imkan yaradır. Videoda çıxış edən tələbələrdən biri Hindistan Tələbə Cəmiyyətinə, eyni zamanda esports icmasına qoşulduğunu və hətta universiteti milli esports yarışlarında təmsil etdiyini bildirir. Onun sözlərinə görə, bu fəaliyyətlər həm dostluqlar qurmağa, həm də universitet həyatından daha çox zövq almağa kömək edib.

University of Essex-də adi bir gün necə keçir?

Tələbələr gündəlik həyatlarının kifayət qədər rahat və balanslı olduğunu deyirlər. Səhər yeməyindən sonra mühazirələrə qatılır, yolüstü kampusdakı mağazadan alış-veriş edir, dərslərdən sonra isə otaq yoldaşları və dostları ilə vaxt keçirirlər. Bir çox tələbə idman zalına getməyi və universitet kitabxanasında dərs oxumağı da gündəlik həyatlarının ayrılmaz hissəsi hesab edir.

Yeni ölkəyə və yeni universitetə uyğunlaşmaq hər kəs üçün fərqli təcrübə olsa da, University of Essex-də təhsil alan beynəlxalq tələbələrin fikrincə, universitet bu prosesi mümkün qədər rahat edir. Mehriban mühit, beynəlxalq tələbə icması, aktiv kampus həyatı və müxtəlif tələbə cəmiyyətləri sayəsində yeni gələnlər qısa müddətdə özlərini bu böyük icmanın bir hissəsi kimi hiss edə bilirlər.

Videoya baxaraq University of Essex-də təhsil alan beynəlxalq tələbələrin şəxsi təcrübələri ilə daha yaxından tanış ola bilərsiniz.

StudyNet sizə necə dəstək ola bilər?

StudyNet xaricdə təhsil yolunda sizə hər mərhələdə dəstək olur. Universitet seçimi, müraciət prosesi, viza məsələləri və səfər öncəsi hazırlıq daxil olmaqla, təcrübəli StudyNet  komandamız düzgün qərarlar verməyinizə və akademik hədəflərinizə çatlağına kömək edir.

Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23

Mail: [email protected]      

Mənbə: https://www.youtube.com/watch?v=7fr4Akr0QHg


icon-credit-card-online