Təhsiliniz Beynəlxalq Pasportunuz olsun!

Xaricdə təhsil alın, yeni mədəniyyətləri araşdırın və beynəlxalq əlaqələr qurun. Məqsədlərinizə uyğun ən yaxşı imkanlarla gələcəyinizi formalaşdırmağa kömək edirik!

1765198780577-HERO-Screen-Shot-2017-12-05-at-15.40.31.jpg

Xidmətlər

Akademik Repetitorluq və Təhsil Dəstəyi

1. Təcrübəli və beynəlxalq səviyyədə ixtisaslaşmış repetitorlarımız tələbələrin fərdi ehtiyaclarına uyğun olaraq fənn hazırlığı və akademik rəhbərlik xidməti göstərirlər. Məqsədimiz yalnız qiymət göstəricilərini yüksəltməklə məhdudlaşmır, biz həm də tələbələrdə effektiv öyrənmə vərdişlərinin formalaşmasına xüsusi önəm veririk. 1. Əgər tələbələr yeni təhsil mərhələsində, A-Level, GCSE, IB proqramı, Foundation və ya bakalavr təhsilinin ilk ilində akademik çətinliklərlə üzləşirlərsə, dərs, repetitorluq və konsultasiya xidmətlərimizlə onları dəstəkləməyə davam edirik. 1. Bu xidmətlər həm məktəb, həm də universitet səviyyəsində akademik uğura nail olmağa kömək edir. Nəticədə, tələbələr təhsil həyatına hazırlıqlı başlayır, yeni tədris mühitinə isə daha rahat şəkildə inteqrasiya olurlar.

Universitetə Hazırlıq üzrə Karyera Rəhbərliyi

StudyNet komandası tələbələrə hərtərəfli dəstək göstərərək konsultasiyamızla tələbələrin universitet təhsili və şəxsi inkişaf üçün zəmin hazırlayırıq: 1. İxtisas seçimi və karyera planlaması; 2. Motivasiya məktubu tərtibi; 3. Universitet tələbinə uyğun "personal statement" hazırlanması; 4. Müsahibə üzrə fərdi kouçinq; 5. Universitet və təhsil müəssisələrinin tələbələrə ən uyğun səkildə seçimi. Bu xidmətlərimiz vasitəsilə tələbələr öz bilik və bacarıqlarına daha bələd olmuş şəkildə maraqlarına və karyera hədəflərinə çatır. Valideynlər isə büdcələrinə və gözləntilərinə uyğun alternativləri düzgün şəkildə dəyərləndirə bilir.

Təhsil Müəssisələrinə Müraciət üzrə Peşəkar Dəstək

StudyNet-in təcrübəli təhsil məsləhətçiləri müraciətçilərə istənilən proqram, sahə və ixtisas üzrə hər mərhələdə addım-addım dəstək göstərir. Aşağıda göstərilən bütün akademik təhsil pillələri üzrə fəaliyyət göstəririk: A-Level / GCSE / IB Program / Foundation / College Preparation (Orta məktəbdən sonra universitetə giriş üçün hazırlıq mərhələsi) 1. Associate Degree (AD) (2 illik, bakalavr səviyyəsində lakin bakalavrdan daha az müddətlik təhsil səviyyəsi) 1. Bachelor’s Degree (BA, BSc və s.) (3-4 illik ali təhsil) 1. Postgraduate Diploma / Certificate (Bakalavrdan sonrakı qısa müddətli ixtisaslaşma proqramı) 1. Master’s Degree (MA, MSc, MBA və s.) (1–2 il, ixtisaslaşmış elmi və ya peşəkar dərəcə) 1. Doctorate (PhD / EdD / DBA və s.) (Ən yüksək akademik dərəcə, 3–6 il davam edə bilər) Biz həm lazımi sənədlərin hazırlanması və prosedurların yerinə yetirilməsində, həm də tələbənin akademik göstəricilərinə, maraqlarına və karyera hədəflərinə uyğun universitet və proqram seçimində köməklik edirik. Məsləhətçilərimiz qəbul şərtlərini ətraflı izah edir, tələbənin müraciətini gücləndirən strateji yanaşmalar təklif edir və bütün prosedurun daha rahat keçməsini təmin edirlər.

Müsahibəyə Hazırlıq Xidmətləri

Hər karyerasının müxtəlif mərhələlərində fərqli müsahibələrdən keçir, bunlara beynəlxalq məktəb, universitet qəbulu, iş və ya viza üçün olan intervyularıdır. Məhz buna görə də müsahibələr tələbələrin həyatında həlledici rol oynayır. Xüsusilə, Böyük Britaniya, Amerika, digər Avropa ölkələrində təhsil müəssisələrinə qəbul üçün fərqli formatlarda müsahibələr keçirilir. Onların hər biri təhsil müəssisəsindən və akademik pillədən asılı olaraq dəyişə bilər: 1. Dil səviyyəsini ölçmək məqsədilə; 2. Tələbənin fərqli xüsusiyyətləri və yumşaq bacarıqlarını görmək üçün; 3. Universitet və ixtisas barədə tələbənin motivasiya və bilgisini ölçmək üçün; 4. Tələbənin ümumi dünyagörüşünü ölçmək üçün; StudyNet olaraq biz? tələbələrə real şəraitə uyğun simulyasiya edilmiş müsahibələr təşkil edir, fərdi rəy və təkliflərlə onların ünsiyyət, təqdimat və özünüifadə bacarıqlarını inkişaf etdiririk. Nəticədə tələbələr daha müsahibələrdə daha az özgüvənli, özünə inamlı və rahat iştirak edir, minimum stres ilə uğurla intervyu mərhələsini tamamlaya bilirlər.

Proqramdaxili Təqaüd Dəstəyi

Təhsil xərcini azaltmaq və maliyyə yükünü yüngülləşdirmək məqsədilə StudyNet komandası olaraq tələbələrə beynəlxalq təqaüd imkanları ilə bağlı yönləndirmə edirik. Məsləhətçilərimiz müxtəlif təqaüd proqramlarının tələblərinə uyğun olması üçün müraciətçilərə aşağıdakılar üzrə konsultasiya xidməti göstərir: 1. Hansı akademik bacarıqlara yiyələnmək lazım olduğunu müəyyənləşdirməkdə; 2. Tələbələrin şanslarını artırmaq üçün düzgün müraciət strategiyaları hazırlamaqda; 3. Tələbənin maraq və bacarıqlarına uyğun sosial aktivliklərə yönləndirməkdə; 4. Universitet və proqramdaxili güzəşt yaxud müxtəlif təqaüd imkanları barədə məlumatlandırmada; Qeyd edək ki, 100% təqaüdlü təhsil üçün isə yalnız "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dəstək göstəririk.

Standartlaşdırılmış və Beynəlxalq İmtahanlara Hazırlıq

StudyNet SAT, IELTS, Duolingo, ACT, GRE, GMAT, SSAT və digər beynəlxalq imtahanlar üzrə hazırlıq proqramlarımız mövcuddur. Bu dərs proqramları tələbələrin yüksək nəticələr əldə etməsinə, analitik və dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib. Təcrübəli və beynəlxalq müəllim heyətimizin hazırladığı imtahan strategiyaları, vaxtın idarəedilməsi texnikaları, xüsusi hazırlanmış dərs və təlimlər vasitəsilə tələbələrin təhsil məqsədlərinə çatmasını təmin edirik. Nəticədə, hər bir tələbəni imtahan gününə qədər tam hazırlıqlı səviyyəyə çatdırmış oluruq. İmtahanlara hazırlıq zamanı tələbələri peşəkar komandamız müşayiət edir və valideynləri mütəmadi olaraq nəticələrlə bağlı məlumatlandırır. Həmçinin, nəticələrdən asılı olaraq, sınaqların və təkrar imtahanların təşkil olunması və tələbələrin zəif bacarıqlarının müəyyən olunub təkmilləşdirilməsini də həyata keçiririk.

Təcrübə Proqramı və Karyera Dəstəyi

StudyNet olaraq tələbələrə yalnız təhsil deyil, həm də karyera perspektivləri qazandırmağa çalışırıq. Tələbələrə təcrübə Britaniya, Amerika və digər Avropa ölkələrindəki müxtəlif prestijli şirkətlərdəki təcrübə imkanları təqdim edir, karyera inkişafı ilə bağlı praktiki məsləhətlər veririk: 1. Müsahibə simulyasiyaları edərək; 2. CV və motivasiya məktubu hazırlanmasına dəstək göstərərək; 3. Tələbənin əldə etməli olduğu lazımi fəaliyyət və sosial aktivliklər barəsində yol göstərərək; 4. Müxtəlif beynəlxalq banklar, hüquq firmaları, nüfuzlu şirkətlərdəki imkanları tövsiyə edərək. Bu xidmətlərimiz nəticəsində, onlar gələcək iş həyatına daha inamlı başlayır və müxtəlif imkanlardan xəbərdar.

Xaricdə Təhsil üçün Yaşayış Yeri Dəstəyi

StudyNet komandası tələbələrə xaricdə təhsil aldıqları dövrdə rahat və təhlükəsiz yaşayış yerlərinin tapılmasında dəstək göstərir. Biz universitet yataqxanası, özəl yataqxana, özəl, studio yaxud paylaşılan kirayə mənzil kimi yaşayış seçimləri barədə məsləhət verərək tələbələrin yerləşmə prosesini asanlaşdırır. Bu zaman biz tələbə və valideynlərin istəklərini, gözləntilərini, büdcə və lokasiya seçimlərini nəzərə alaraq onları seçə biləcəkləri bir çox alternativlə təmin edirik. Həmçinin, tələbələr yeni yaşayış mühitinə adaptasiya zamanı qarşılaşa biləcəkləri çətinliklər üçün praktik tövsiyələr verir, yaşayış yeri ilə bağlı müqavilələrin hazırlanması, kommunal xərclərin ödənməsi, referans aplikasiyası, yerdəyişmə prosesləri zamanı əşya saxlama xidmətləri ilə bağlı valideyn və tələbələrə ən yüksək səviyyədə xidmət göstəririk.

Viza Dəstəyi

StudyNet həm də xarici ölkələr üçün viza alma prosesində dəstək olmaq üzrə fəaliyyət göstərir. Əsas məqsədimiz viza tələblərinə uyğun, lazımi prosedurlar \ üzrə sizə rəhbərlik etmək, səyahətlərinizi, təhsil həyatınızı, problemsiz və uğurlu etməkdir. Viza müraciətləri xaricdə təhsil prosesinin vacib mərhələlərindən biridir. Bu proses zaman ala bilər və çoxsaylı sənədlərin toplanmasını tələb edir. Təcrübəli komandamız sizə peşəkar formada yol göstərir, vizanızın təsdiqlənmə şansını artırır və arzularınızdakı ölkəyə çatmağınıza kömək edir. Komandamız tələbələrə, valideynlərə və xaricə səyahət planlaşdıran hər kəsə dəstək verir. Təhsil sahəsində geniş akademik və peşəkar təcrübəyə malik olduğumuzdan tələbələrin ehtiyaclarına sürətli cavab verə bilirik. Biz düzgün viza növünün müəyyənləşdirilməsində, sənədlərin dəqiq hazırlanmasında və müraciət prosesi boyunca davamlı rəhbərlik edirik. Praktiki görüş gününə hazırlıqdan başlayaraq, müraciətlərin vəziyyətinin izlənməsi və müraciətçilərin mütəmadi məlumatlandırılmasına qədər bütün prosesin asan və keyfiyyətli formada olmasına dəstək göstəririk. Biz sizi ən yeni və təsdiqlənmiş məlumatlarla təmin edirik: 1. Lazımi sənədlərin toplanması və düzgün formada təhvili 2. Maliyyə sənədlərinin hazırlanması və təsdiqi 3. Viza müraciət prosedurlarının addım-addım izahı 4. Viza görüşünə hazırlıq, o cümlədən görüş simulyasiyaları 5. Gözlənilən suallar (və lazım gəldikdə cavab nümunələri) 6. Uğurlu viza almaq üçün faydalı tövsiyələr

Foundation Proqramı

StudyNet Group IFP, yüksək ixtisaslı akademik heyət tərəfindən dizayn edilmiş, tam ingilis dilində tədris olunan birillik (iki semestrlik) intensiv hazırlıq proqramıdır. 2011-ci ildən bəri fəaliyyət göstərən bu proqram, orta məktəb məzunları ilə ali təhsil arasındakı boşluğu dolduraraq tələbələri qlobal universitet mühitinə tam hazır vəziyyətə gətirir. NIYƏ MƏHZ STUDYNET GROUP IFP? 1. Zəmanətli Keçid: Proqramı tələb olunan ballarla başa vuran hər bir tələbə bakalavr dərəcəsinə keçid zəmanəti qazanır. 1. Yüksək Uğur Göstəricisi: Tələbələrimizin 98%-i bakalavr təhsilinə keçid şərtlərini uğurla yerinə yetirir. 1. Beynəlxalq Təcrübə: 15 ildən artıq təcrübəmizlə 1200-dən çox tələbəyə dünyanın TOP universitetlərinə daxil olmaqda kömək etmişik. 1. Fərdi Yanaşma: Hər bir tələbənin həm akademik, həm də şəxsi inkişafını izləyən fərdi tyutorlar (tərbiyəçilər) və akademik məsləhətçilər təyin olunur. TƏDRIS SAHƏLƏRI (PATHWAY) Tələbələr gələcək ixtisas seçimlərinə uyğun olaraq 4 fərqli istiqamət üzrə 120 kreditlik (1200 saatlıq) təhsil alırlar: 1. Biznes və İqtisadiyyat: Biznes menecmenti, iqtisadiyyat, statistika və riyaziyyat modullarını əhatə edir. 2. Elm və Mühəndislik (STEM): Fizika, kimya, riyaziyyat və seçimlərə görə Kompüter elmləri, Biologiya və ya Mühəndisliyə giriş dərsləri keçirilir. 3. Sosial Elmlər: Siyasət, Beynəlxalq münasibətlər, Psixologiya, Sosiologiya və İqtisadiyyat kimi fənləri ehtiva edir. 4. Hüquq: Hüquq, Sosiologiya, Psixologiya və tənqidi analiz bacarıqlarını inkişaf etdirən modullardan ibarətdir. Bütün istiqamətlərdə İngilis dili və Akademik tədqiqat bacarıqları dərsləri məcburidir. PROGRESSION PARTNER OLAN UNIVERSITETLƏRIMIZ Məzunlarımız Böyük Britaniyanın və dünyanın ən nüfuzlu universitetlərinə qəbul olurlar. Bəzi partnyorlarımız: 1. University of Nottingham 2. University of Cardiff 3. University of York 4. University of Liverpool 5. Goldsmiths, University of London 6. University of Reading 7. Royal Holloway, University of London 8. SOAS University of London 9. University of Westminster 10. Regent’s University London 11. University of Aberdeen 12. University of East Anglia 13. Brunel University 14. Oxford Brookes University 15. Heriot-Watt University 16. University of Stirling 17. Northumbria University 18. (Newcastle and London Campus) 19. Coventry University 20. (Coventry and London) 21. Birmingham City University 22. Ravensbourne University London 23. London South Bank University 24. University of Essex 25. Middlesex University 26. University for the Creative Arts 27. University of Sunderland 28. University of Greenwich 29. De Montfort University 30. University of Leeds və s. QƏBUL ŞƏRTLƏRI Proqrama qatılmaq istəyən namizədlər aşağıdakı minimum tələblərə cavab verməlidir: 1. Akademik: Orta məktəb attestat balı ortalaması 70%+ olmalıdır. 2. İngilis Dili: 3. IELTS: 5.5 (hər bir bölmə minimum 4.0 olmaqla). 4. TOEFL IBT: 67. 5. PTE: 36-50 arası. 6. Davamiyyət: Təhsil müddətində minimum 80% davamiyyət tələb olunur. BIZIM DƏSTƏYIMIZ Biz yalnız təhsil vermirik, həm də universitet müraciətləri, sənədlərin hazırlanması, karyera planlaması və proqram seçimi zamanı peşəkar komandamızla sizin yanınızda oluruq. Əlaqə: Vebsayt: www.sngifp.com [https://www.google.com/search?q=https://www.sngifp.com] E-mail: [email protected]