Qlobal Təhsil Tədbirləri
Beynəlxalq təhsil imkanlarını bizimlə kəşf edin!

Niyə Son Dövrlərdə Tələbələr Daha Çox Foundation və Pre-University Pathway Programlarını Seçir?
Son illərdə Foundation və pre-university pathway proqramları xaricdə təhsil almağı planlaşdıran tələbələr arasında daha populyar seçimlərdən birinə çevrilib. Beynəlxalq universitetlərdə qəbul tələblərinin və akademik gözləntilərin dəyişməsi ilə bir çox tələbə undergraduate təhsilinə başlamazdan əvvəl özünü daha hazırlıqlı hiss etmək üçün əlavə akademik pathway-lərə üstünlük verir.
Xüsusilə 11 illik təhsil sistemi olan ölkələrdən müraciət edən tələbələr üçün beynəlxalq universitetlərə birbaşa qəbul hər zaman mümkün olmaya bilər. Bununla yanaşı, akademik ingilis dili, müstəqil öyrənmə, araşdırma, tənqidi düşüncə və universitet səviyyəli tapşırıqları kimi bacarıqlara uyğunlaşmaq da tələbələr üçün müəyyən çətinlik yarada bilir.
Tələbələr Niyə Foundation Proqramlarını Seçirlər?
Məhz buna görə Foundation proqramları beynəlxalq təhsil sistemində getdikcə daha mühüm rol oynamağa başlayır. Bu proqramlar yalnız universitet qəbul şərtlərini qarşılamağa deyil, eyni zamanda tələbələrin akademik mühitə uyğunlaşmasına və universitet həyatına daha hazırlıqlı başlamasına kömək edir. Bir çox tələbə Foundation və pre-university pathway proqramlarını aşağıdakı üstünlüklərə görə seçir:
Daha güclü akademik hazırlıq
• Akademik ingilis dili və təhsil bacarıqlarının inkişafı
• Universitetə başlamazdan əvvəl özünəinamın formalaşdırılması
• Təqdimatlar, tapşırıqlar və araşdırma təcrübəsi
• Beynəlxalq təhsil sisteminə daha rahat uyğunlaşma
Progression İmkanları və Beynəlxalq Təhsil
Foundation pathway proqramları xüsusilə business, engineering, social sciences və law kimi istiqamətlər üzrə beynəlxalq təhsil almaq istəyən tələbələr üçün aktual seçimlərdən biri hesab olunur. Bu proqramların digər üstünlüklərindən biri də progression imkanlarıdır. Bir çox Foundation pathway proqramı tələbələrə UK və digər beynəlxalq universitetlərdə undergraduate degree proqramlarına keçid imkanı yaradır.
StudyNet Group Necə kömək edir?
StudyNet Group olaraq tələbələri Foundation və pre-university pathway proqramları vasitəsilə akademik hazırlıq, study skills və beynəlxalq universitet mühitinə uyğunlaşma istiqamətində dəstəkləməyə davam edirik.
Xaricdə təhsil, Foundation pathway proqramları və beynəlxalq universitetlərə qəbul imkanları haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Komandamız sizə uyğun proqram və universitet seçimində dəstək göstərməyə hazırdır.
Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23
Mail: [email protected]
Foundation proqramlarının necə işlədiyi və tələbələr üçün hansı üstünlüklər yaratdığı haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, bu mövzu ilə bağlı YouTube videosuna baxa bilərsiniz.
https://youtu.be/t-DUkuoofvI?si=nQhcMhMpnaGbmBy9