Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

Monash University
Monash Universiteti, 1958-ci ildə Melburn şəhərində təsis olunmuş və qısa zamanda dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmişdir. 1961-ci ildə ilk tələbələrini qəbul edən universitet bu gün on minlərlə tələbəsi ilə beynəlxalq elm və təhsil mərkəzi kimi tanınır. Monash, Avstraliyanın aparıcı Group of Eight universitetlərindən biri olmaqla yanaşı, tədqiqat yönümlü fəaliyyəti və qlobal təsiri ilə də fərqlənir. Universitet biznes, tibb, hüquq, mühəndislik, incəsənət, elm və sosial elmlər kimi müxtəlif sahələrdə yüksək reytinqlərə sahibdir. QS və Times Higher Education reytinqlərində dünyanın ən yaxşı universitetləri arasında ilk 50-likdə yer alması Monash-ın nüfuzunu daha da artırır. Xüsusilə biznes məktəbi AACSB, AMBA və EQUIS tərəfindən “triple accreditation” ilə tanınaraq beynəlxalq standartlara cavab verdiyini təsdiqləmişdir.
Monash Universiteti hər il minlərlə elmi məqalə dərc edir və beynəlxalq miqyasda yüksək təsirli tədqiqatlara imza atır. Tibb və sağlamlıq elmləri, insan hüquqları, farmasiya və davamlı inkişaf sahələrində universitetin araşdırmaları böyük əhəmiyyət daşıyır. Buradan məzun olan tanınmış şəxslər arasında David de Kretser, Bill Shorten və Daniel Andrews, Yalda Hakim və Vance Joy kimi adlar var. Bu, Monash məzunlarının müxtəlif sahələrdə uğur qazanaraq qlobal arenada söz sahibi olduqlarını göstərir.
Monash-un əsas kampusu olan Clayton geniş təhsil infrastrukturu, müasir laboratoriyaları, tələbə klubları, musiqi və idman fəaliyyətləri ilə zəngin tələbə həyatı təqdim edir. Burada tələbələr yalnız təhsil almır, həm də sosial və mədəni inkişaf imkanları əldə edirlər. Universitetin məzunları əmək bazarında da yüksək qiymətləndirilir. İşəgötürənlərin 83.9%-i Monash məzunlarının peşəkar bacarıqlarından məmnun qaldığını bildirib.
Zəngin tarixi, beynəlxalq akkreditasiyaları, qlobal reytinqlərdə yüksək mövqeləri, məşhur məzunlarının uğurları və dinamik tələbə həyatı ilə Monash Universitetində təhsil almaq istəyən tələbələr üçün həm Avstraliyada, həm də beynəlxalq səviyyədə ən güclü seçimlərdən biri olaraq qalır.
Monash tələbələrə bu sahələr üzrə təhsil ala bilər:
- Mühasibat və Maliyyə
- Memarlıq
- İncəsənət, Dillər və Humanitar Elmlər
- Biznes və Liderlik
- Kompüter Elmləri
- İqtisadiyyat
- Mühəndislik
- Ətraf Mühit və Davamlı İnkişaf
- Təsviri İncəsənət və Dizayn
- Sağlamlıq
- İnformasiya Texnologiyaları
- Hüquq
- Media və Kommunikasiya
- Tibb
- Musiqi və Səhnə İncəsənəti
- Tibb Bacılığı
- Əczaçılıq və Əczaçılıq Elmləri
- Siyasət, Fəlsəfə və Beynəlxalq Münasibətlər
- Psixologiya
- Elm
- Müəllimlik və Təhsil
Tələb əsas olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL).
Rəsmi sayt: https://www.monash.edu/
Universiteti görmək üçün: https://youtu.be/eUtJSqmqDtA?feature=shared