Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

The University of Adelaide
1874-cü ildə təsis olunmuş və Avstraliyanın üçüncü ən qədim ali təhsil müəssisəsi olan bu universitet zəngin tarixi, elmi nailiyyətləri və beynəlxalq nüfuzu ilə tanınır. Qısa müddətdə ölkənin ən prestijli təhsil ocaqlarından birinə çevrilən universitet, bu gün dünyanın ən yaxşı universitetləri sırasında mövqeyini qoruyur. Group of Eight (Go8) üzvü olaraq, o, tədqiqatlarda lider mövqeyə malikdir və xüsusilə sağlamlıq, mühəndislik, texnologiya və sosial elmlər sahəsində qlobal səviyyədə tanınan araşdırmalara imza atır. Universitetin keyfiyyəti TEQSA akkreditasiyası, Adelaide Business School-un AACSB və ISO sertifikatları, həmçinin mühəndislik proqramlarının Engineers Australia tərəfindən beynəlxalq səviyyədə tanınması ilə təsdiqlənir.
Universitetin tarixi uğurları arasında qadınlara yüksək təhsildə bərabər imkan yaratması xüsusi qeyd olunmalıdır, 1881-ci ildə ingilisdilli dünyada qadınlara diplom təqdim edən ikinci universitet olmuşdur. İllər ərzində 117-dən çox Rhodes təqaüdçüsü, 168 Fulbright məzunu və 5 Nobel mükafatı laureatı yetişdirən University of Adelaide, həm də bir çox dünya miqyaslı ixtiralarla tanınır: penicillin, Wi-Fi texnologiyası, günəş kremləri, polimer nağd pul banknotları və s. Bu nailiyyətlər universiteti Avstraliyada elm və texnologiyanın öncüsü etmişdir.
Məşhur məzunlar sırasında Avstraliyanın ilk qadın baş naziri Julia Gillard, astronavt Andy Thomas, eləcə də siyasət, elm, incəsənət və biznes sahəsində beynəlxalq tanınmış simalar, Roma Mitchell, Mark Oliphant, Guy Sebastian kimi adlar var. Universitetin geniş və aktiv tələbə həyatı da diqqət çəkir, YouX tələbə təşkilatı, 175-dən çox klub və dərnək, ənənəvi Prosh həftəsi, mədəni və sosial tədbirlər tələbələr üçün zəngin təcrübə yaradır. Təhlükəsiz və müasir yataqxanalar isə beynəlxalq tələbələrə rahat yaşayış təmin edir.
University of Adelaide məzunları qlobal miqyasda dövlət idarəçiliyi, elm, biznes və yaradıcı sənayelərdə uğurlu karyeraları ilə fərqlənirlər. Onların əldə etdiyi mükafatlar, beynəlxalq nailiyyətlər və geniş alumni şəbəkəsi universitetin nüfuzunu daha da gücləndirir.
Akademik Fakültələr və Təhsil Sahələri
1. İncəsənət, Biznes, Hüquq və İqtisadiyyat Fakültəsi
Bu fakültə yaradıcılıq, sosial elmlər, hüquq, iqtisadiyyat və biznes sahələrini əhatə edir:
- Biznes və İqtisadiyyat: Mühasibatlıq, Maliyyə, İqtisadiyyat, Biznes, Beynəlxalq Ticarət
- Hüquq: Adelaide Hüquq Məktəbi vasitəsilə hüquq ixtisasları
- İncəsənət və Humanitar Elmlər: Media (jurnalistika, dizayn, vizual media), Musiqi (Elder Konservatoriyası), Humanitar Elmlər, Təhsil, Tədris
- Sosial Elmlər: Antropologiya, İnkişaf Araşdırmaları, Asiya Araşdırmaları (Çin, Yaponiya), Coğrafiya, Ətraf mühit və əhali, Sosiologiya, Kriminologiya, Gender Araşdırmaları, Politologiya və Beynəlxalq Münasibətlər
2. Sağlamlıq və Tibb Elmləri Fakültəsi
Səhiyyə sahəsində lider olan bu fakültə geniş proqramlar təklif edir:
- Stomatologiya və Oral Sağlamlıq
- Tibb
- Tibb Bacılığı (Nursing)
- Fizioterapiya, Nitq Terapiyası, Əlillik və Reabilitasiya ixtisasları
- Biotibbi Elmlər (anatomiya, farmakologiya, fiziologiya və s.)
- Psixologiya
- İctimai Sağlamlıq
- Kənd və regionlar üzrə klinik tədris proqramları
- Xərçəng və digər qabaqcıl tibbi tədqiqatlar
3. Elm, Mühəndislik və Texnologiya Fakültəsi
STEM istiqamətlərinə (Science, Technology, Engineering, Mathematics) fokuslanan fakültə aşağıdakı sahələri əhatə edir:
- Kənd Təsərrüfatı, Qida və Şərab Elmləri
- Memarlıq, İnşaat və Mədən Mühəndisliyi
- Bioloji Elmlər
- Kimya və Materialşünaslıq Mühəndisliyi
- Kompüter Elmləri və Riyaziyyat (o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi)
- Elektrik və Mexanika Mühəndisliyi
- Fizika, Kimya və Yer Elmləri
- Baytarlıq və Heyvan Elmləri
- Şərabçılıq və Biomolekulyar Elmlər üzrə ixtisaslaşmış tədqiqat sahələri
Digər Proqramlar
- Media: Jurnalistika, dizayn, rəqəmsal hekayəçilik və innovativ media ixtisasları üzrə dərinləşmə proqramı
- Təhsil: Orta məktəb müəllimliyi üzrə 20-dən çox ixtisas sahəsi (riyaziyyat, biologiya, dillər, iqtisadiyyat, hüquq və s.)
Tələb əsas olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL).
Rəsmi sayt: https://www.adelaide.edu.au/
Universiteti görmək üçün: https://youtu.be/FDQqpnlgjcU?feature=shared