Xəyallarınızı Gerçəkləşdirin: Xaricdə Təhsilə İlk Addımınızı Atın!
Xaricdə təhsil alaraq dünya səviyyəli təcrübə qazanın. Fərdi konsultasiya, müxtəlif imkanlar və addım-addım dəstək ilə gələcəyinizi bu gündən formalaşdırın.

University of South Australia
University of South Australia (UniSA), Avstraliyanın ən nüfuzlu və müasir ali təhsil müəssisələrindən biri olaraq həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınır. UniSA həm akademik ənənələri qoruyan, həm də innovativ yanaşmalarla fərqlənən bir universitetə çevrilmişdir. Adelaide şəhərinin mərkəzində yerləşən City East və City West kampusları ilə yanaşı, Mawson Lakes, Magill, Whyalla və Mount Gambier kampuslarında fəaliyyət göstərən UniSA, tələbələrə geniş təhsil imkanları və müasir infrastruktur təqdim edir.
Dünya reytinqlərində də universitetin mövqeyi diqqət çəkir: QS 2025 sıralamasında UniSA dünyanın ən yaxşı 350 universiteti arasında, Times Higher Education reytinqində isə 301–350 aralığında qərarlaşıb. Təhsil keyfiyyəti və məzun göstəricilərinə görə Avstraliyanın aparıcı universitetləri arasında yer alan UniSA, QILT sorğularına əsasən bakalavr məzunlarının 69%-i, magistr məzunlarının isə 89.7%-i məzun olduqdan qısa müddət sonra işlə təmin olunur. Bundan əlavə, universitet 2,500-dən çox sənaye tərəfdaşı ilə əməkdaşlıq edir və bu da tələbələrə real iş təcrübəsi, praktiki bacarıqlar və güclü peşəkar şəbəkə qurmaq imkanı yaradır.
UniSA həmçinin dünyaya çoxsaylı nüfuzlu məzunlar qazandırıb. Avstraliyanın Xarici İşlər Naziri Penny Wong, siyasətçilər Christopher Pyne və Steven Marshall, televiziya ulduzu və rəssam Poh Ling Yeow, jurnalist Indira Naidoo, moda sahəsində beynəlxalq nüfuza malik Angelica Cheung kimi simalar universitetin məzunları arasındadır. Bununla yanaşı, universitet Nelson Mandela və Desmond Tutu kimi dünya miqyasında nüfuzlu şəxsiyyətlərə də fəxri dərəcələr təqdim edib.
Tələbə həyatı da UniSA-nın əsas üstünlüklərindən biridir. Onlarla sosial və mədəni klublar, idman tədbirləri və innovativ tələbə layihələri tələbələrin həm akademik, həm də şəxsi inkişafına dəstək olur.
University of South Australia (UniSA), yalnız yüksək keyfiyyətli tədrisi ilə deyil, həm də beynəlxalq akkreditasiyaları ilə tanınan bir universitetdir. Bu akkreditasiyalar tələbələrə təqdim olunan diplomların qlobal miqyasda tanınmasını təmin edir və məzun olduqdan sonra həm Avstraliyada, həm də xaricdə karyera imkanlarını genişləndirir. UniSA-nın biznes fakültəsi dünyanın nüfuzlu AACSB (Association to Advance Collegiate Schools of Business) akkreditasiyasına sahibdir ki, bu da onu biznes sahəsində qlobal səviyyədə ən yaxşı universitetlərdən biri kimi tanıdır.
Eyni zamanda, mühəndislik və informasiya texnologiyaları proqramları Engineers Australia tərəfindən akkreditə olunmuşdur, bu da məzunların peşəkar mühəndis kimi tanınmasını asanlaşdırır. Səhiyyə və tibb elmləri sahəsində tədris edilən proqramlar isə müvafiq peşə birlikləri və qurumlar tərəfindən təsdiqlənmişdir ki, bu da tələbələrə praktiki bacarıqları öyrənməklə yanaşı, məzun olduqdan dərhal sonra ixtisaslarına uyğun işləmək imkanı yaradır.
Aşağıdakı sahələr üzrə təhsil proqramları təklif edilir:
Biznes və əlaqəli sahələr: Mühasibatlıq və Maliyyə, Biznes, Menecment və İnsan Resurslarının İdarə Olunması, Marketinq, Əmlak (Property), Turizm, İdman və Tədbir İdarəçiliyi.
Yaradıcılıq və Dizayn: Memarlıq, Kommunikasiya, Müasir İncəsənət, Yaradıcılıq Sənayeləri, Dizayn, Film, Televiziya və Vizual Effektlər, Jurnalistika, Şəhər və Regional Planlaşdırma.
Sağlamlıq və Tibb Elmləri: Biotibbi Elmlər, Sağlamlıq Elmləri, İnsan Hərəkəti və İdman, Klinik Fiziologiya, Laboratoriya Tibb Elmləri, Tibbi Radiasiya Elmləri, Tibb Bacılığı və Mamaçılıq, Qidalanma və Qida Elmləri, Əmək Terapiyası (Occupational Therapy), Eczacılıq (Farmasiya), Fizioterapiya, Podiatriya, Nitq Patologiyası.
Hüquq və Cinayət Ədaləti: Hüquq və Cinayət Ədaləti.
Psixologiya, Sosial Xidmət və Humanitar Elmlər: Aborigen və Avstraliya Araşdırmaları, Humanitar Elmlər, Sosial Xidmət, Dillər, Psixologiya, Sosial İş.
Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM): Aviasiya, Tikinti İdarəçiliyi, Müdafiə Sənayesi, Mühəndislik, Ətraf Mühit Elmləri, İnformasiya Texnologiyaları, Riyaziyyat, Təbiət Elmləri.
Təhsil və Pedaqogika: Müəllimlik və Təhsil.
Tələb əsas olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikfatı ( IELTS və ya TOEFL).
Rəsmi sayt: https://unisa.edu.au/
Universiteti görmək üçün: https://youtu.be/dFSsEt6S-0g?feature=shared