Xaricdə Təhsil, Yeni Üfüqlərə Aparan İlk Addım!

Xaricdə Təhsil, Yeni Üfüqlərə Aparan İlk Addım!

Dünya səviyyəli universitetlər, real təcrübə və beynəlxalq perspektiv, sizin üçün ən uyğun yolu birlikdə müəyyən edirik!

Gələcəyinizə İnvestisiya Edin, Xaricdə Təhsil İmkanları Sizi Gözləyir!

Gələcəyinizə İnvestisiya Edin, Xaricdə Təhsil İmkanları Sizi Gözləyir!

StudyNet olaraq bu günə qədər 8300+ tələbənin xaricdə təhsil alaraq arzuladığı həyatı qurmaqda dəstək olmuşuq. Bu rəqəmlər isə illərdir qurduğumuz güvən və uğurun göstəricisidir.

Doğru Yönləndirmə və Etibarlı Bələdçi Seçin!

Doğru Yönləndirmə və Etibarlı Bələdçi Seçin!

15+ illik təcrübəmizə əsaslanaraq sizə universitet seçimi, sənəd hazırlığı və qəbul prosesi boyunca peşəkar komandamızla birgə, hər mərhələdə dəstək göstəririk.

next-button

Ölkə

Xəbərlər

Daha çox
BSC 2027 Gənc Tələbələr üçün Yay Düşərgələrini Elan Edir
BSC 2027 Gənc Tələbələr üçün Yay Düşərgələrini Elan Edir

BSC 2027-ci il üçün Gənc Tələbələr üçün Yay Düşərgələri proqramlarını elan edib və qeydiyyat artıq açıqdır. Proqramlar London, İngiltərənin cənub-şərqi və cənub-qərbində müxtəlif təhsil, mədəni və sosial təcrübələri birləşdirir. Londonu Kəşf Et Londonu Kəşf Et proqramı ingilis dili dərslərini London...

St Clare’s 2027 Qəbulu üçün IB Diploma Təqaüdləri Təklif Edir

St Clare’s 2027-ci ilin sentyabr qəbulu üçün iki illik IB Diploma Proqramına tam və qismən təqaüdlər təqdim edir. Təqaüdlər beynəlxalq müraciətçilər üçün həm gündüz, həm də internat formatında təhsil yerlərinə şamil olunur və proqramın bütün iki ili ərzində qüvvədə qalır. Namizədlər akademik göstəri...

BSC Education Group 2027-ci il Group & Ministay Proqramlarına Qəbulu Açıq Elan Edib

BSC Education Group altı fərqli istiqamət üzrə 2027-ci il Group & Ministay proqramlarına qəbulun başladığını elan edib. Bu proqramlar ingilis dilini inkişaf etdirmək və eyni zamanda yeni mədəniyyətlə tanış olmaq istəyən məktəb qrupları üçün nəzərdə tutulub. Hər paket General English dərslərini yarım...

BSBI Bakalavr Proqramları üçün Depozit Endirimi Elan Edib

Berlin School of Business and Innovation (BSBI) Berlin və Hamburqdakı bakalavr proqramlarına müraciət edən tələbələr üçün məhdud müddətli €1000 İyul Depozit Endirimi təqdim edir. Bu xüsusi kampaniya tələbələrə ilk təhsil ili üzrə ödənişlərini azaltmaq imkanı yaradır. Endirim həmçinin High Achiever S...

Peşəkar Sertifikat və Akkreditasiyalar

Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)
Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)

AIRC (American International Recruitment Council), beynəlxalq tələbə qəbulunu etik, şəffaf və peşəkar standartlarla təşviq edən ABŞ-ın nüfuzlu qeyri-kommersiya təşkilatıdır. 2008-ci ildən fəaliyyət göstərən AIRC, beynəlxalq tələbə qəbul agentlikləri üçün təlimlər, sertifikatlaşdırma və resurslar təqdim edir və 400-dən çox üzv təşkilatla fəaliyyət göstərir. Məqsəd, tələbələrin və universitetlərin etibarlı, keyfiyyətli və etik bir mühitdə əlaqə qurmasını təmin etməkdir.


StudyNet, beynəlxalq tələbə qəbulunda peşəkarlığı və keyfiyyəti ön planda tutan bir şirkət olaraq, AIRC akkreditasiyasına malikdir:


  1. Bütün proseslərimiz şəffaf və tələbə mərkəzli şəkildə aparılır.

  2. Akkreditasiya şirkətimizin dünya üzrə universitetlər və təhsil təşkilatları tərəfindən tanınmasını dəstəkləyir.

  3. Xidmətlərimiz tələbələrin ehtiyaclarına uyğun olaraq yüksək standartlarla həyata keçirilir.

  4. Komandamız AIRC tərəfindən təqdim olunan təlimlər vasitəsilə daim təkmilləşir və ən son standartları tətbiq edir.


Bu akkreditasiya ilə StudyNet, xaricdə təhsil yolunda tələbələr üçün etibarlı bir tərəfdaş olduğunu göstərir və onlara yüksək keyfiyyətli xidmət və konsultasiya təqdim edir.

Rəsmi vebsayt: https://www.airc-education.org/

Beynəlxalq Təhsil üzrə Amerika Şurası (AIRC)

Tələbə bloqu

Daha çox
Təhsil Sərgisində Dərsdənkənar Tələbə Həyatı Haqqında Nələri Soruşmaq Olar?
Tələbə həyatı
Təhsil Sərgisində Dərsdənkənar Tələbə Həyatı Haqqında Nələri Soruşmaq Olar?

Universitet təcrübəsi yalnız dərslərdən ibarət deyil. Təhsil sərgisində dərsdənkənar tələbə həyatı haqqında suallar vermək, kampus mühitini və gündəlik həyatın necə ola biləcəyini daha yaxşı anlamağa kömək edir. Tələbə Fəaliyyətlərini Soruşun Universitetdə hansı fəaliyyətlərin mövcud olduğunu öyrənm...

University of Surrey Magistratura üzrə Açıq Qapı
Kampus turu
University of Surrey Magistratura üzrə Açıq Qapı

University of Surrey 15 oktyabr 2026-cı ildə magistratura üzrə Açıq Axşam Tədbiri keçirəcək. Tədbir gələcək magistratura tələbələrinə universitet həyatı, tədris mühiti və kampus imkanları ilə daha yaxından tanış olmaq imkanı verəcək. University of Surrey yaşıl kampusa malikdir və mərkəzi Londondan q...

University of Reading Açıq Qapı Günü: Tələbə Həyatını Yaxından Kəşf Edin
Kampus turu
University of Reading Açıq Qapı Günü: Tələbə Həyatını Yaxından Kəşf Edin

University of Reading Açıq Qapı Günü gələcək tələbələrə universitetdə real tələbə həyatının necə olduğunu daha yaxından görmək imkanı verir. Tədbir zamanı tələbələrlə danışmaq, müəllim heyəti ilə tanış olmaq və kampusun akademik və sosial tərəflərini araşdırmaq mümkündür. University of Reading bakal...

Elektron jurnal
Elektron jurnal

Xaricdə təhsil sahəsində baş verən yenilikləri, xəbərləri, vebinar və təhsil proqramları, eləcə də təhsil təqaüdləri haqqında ətraflı məlumatı aylıq elektron jurnalımızdan əldə edə bilərsiniz!

FAQ

SNG hansı ölkələrdə təhsil almağa kömək edir?

StudyNet Group olaraq ABŞ, Böyük Britaniya, Kanada, BƏƏ, Avstraliya, Almaniya, Niderland, İtaliya, Polşa, Litva və digər Avropa ölkələrində yerləşən məktəb, universitet, kollec və təhsil institutları ilə əməkdaşlıq edirik. Foundation, bakalavr, doktorantura və digər akademik pillələr üzrə təhsil imkanları üzrə dəstək göstəririk.

SNG vasitəsilə universitetə qəbul üçün hansı sənədlər tələb olunur?

Xaricdə təhsil üçün tələb olunan sənədlər universitetə, ölkəyə və proqram növünə görə dəyişə bilər, əsasən tələb olunan sənədlər isə bunlardır: şəxsiyyət vəsiqəsi və ya pasport, pasport ölçülü şəkil, tərcümə olunmuş və təsdiqlənmiş attestat və ya diplom, akademik transkript, ingilis dili sertifikatı (IELTS, TOEFL və s.), motivasiya məktubu və CV (bəzi universitetlər üçün), tövsiyə məktubu, sağlamlıq arayışı, maliyyə təminatını göstərən sənədlər.

SNG təqaüd və maliyyə dəstəyi ilə bağlı fəaliyyət göstərirmi?

Konsultantlarımız universitet daxili güzəşt və imkanları tələbələrin göstəricilərinə və uğurlarına uyğun olaraq uzlaşdıraraq universitet tərəfindən müəyyən edilmiş təqaüdlərlə bağlı dəstək göstərir. Həmçinin "Dövlət Proqramı" çərçivəsində tələbələrin xaricdə təhsilini təmin edirik.

Qəbul prosesi nə qədər vaxt aparır?

Universitet və proqramdan asılı olaraq qəbul prosesi 2 həftədən 3 aya qədər davam edə bilər. Viza prosesi isə əlavə 1-4 həftə çəkə bilər. Ən yaxşı nəticə üçün erkən müraciət tövsiyə olunur.

Qəbul aldıqdan sonra SNG xaricdə yaşayış məsələlərində dəstək verirmi?

Təhsil məsləhətçilərimiz tələbələrin və ailələrin tələblərinə, istək və büdcələrinə uyğun ev, yataqxana kimi alternativləri təqdim edir, eyni zamanda müqavilələrlə bağlı dəstək göstərir. Müxtəlif seçimlərin olması imkanı isə xaricdə yaşamı tələbələr üçün daha təhlükəsiz və asan edir.

Viza dəstəyi göstərilirmi?

Viza ekspertlərimiz tərəfindən sənəd toplanmasından görüş təyin olunmasına qədər viza ilə bağlı bütün mərhələlərdə komandamız sizə dəstək göstərir.

SNG şirkətinin xidmət haqqı nə qədərdir?

SNG bəzi universitetlərlə birbaşa tərəfdaş olduğu üçün müraciətçilərin istəyinə və aldığı xidmətlərə görə qiymətlər fərqlənir. Hər bir xidmət üzrə (viza dəstəyi, sənəd tərcüməsi, fərdi konsultasiya və s.) üçün müəyyən xidmət haqqı tətbiq olunur. Bu qiymətlər müraciət edilən ölkə və xidmət növündən asılı olaraq dəyişir.

İngilis dili biliyim zəifdirsə, SNG mənə necə kömək edə bilər?

SNG həm Azərbaycanda, həm də xaricdə dil kursları təklif edir. IELTS, TOEFL və SAT imtahanlarına hazırlıq, şirkətimiz daxilində Foundation proqramlarımız da mövcuddur. Bəzi universitetlər isə "foundation" və ya "pre-sessional" proqramlar vasitəsilə tələbələrə əlavə dil dəstəyi verir. Biz isə bu proqramlara qəbul prosesində dəstək göstəririk.

icon-credit-card-online